Bu gün Bakının Xətai rayonunun bir hissəsində işıq olmayacaq.

Bu barədə Open.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq saat 13:00-a qədər Məhəmməd Hadi küçəsi, 71-95 ünvanlarında istehlakçıların elektrik enerjisi ilə təhcizatında qısa müddətli fasilələr yaranacaq.