Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Open.az-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.