Bir qədər əvvəl Bakının elektrik enerjisi təchizatı ilə bağlı problem yaranıb.

Open.az məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.