İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək.

Bu barədə Open.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.