"Azərişıq" 2019-cu ilin tədbirlər planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə start verir.

Open.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün Aran regional enerji təchizatı və satışı idarələrinin inzibati ərazilərində Beyləqan rayonu ərazisinə avadanlıqlar yola salınıb:

"Mütəmadi olaraq on gündən bir bütün rayon, kənd və qəsəbələr aran regional enerji təchizatı və satışı idarələrinin də davam etdiriləcək. 2018-ci ildə 119 kənddə 0,4kV-luq şəbəkələrdən yenidənqurma işləri aparılmış, tam şəbəkələr sıfırdan qurulub. Bu istehlakçıların sayğacların qədər elektrik verilişi xəttləri yenilənib. Ağac dayaqlar dəmir beton dayaqlara əvəzlənmişdir. Bu gün gördüyünüz kimi dəmir beton dayaqlar, elektrik veriliş və kabel xəttləri birbaşa Beyləqan rayonuna yola salınıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. Beyləqan rayonu ərazisində "Beyləqan-1" 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərazində bütün regionlarda həyata kemuriləcək".