“Azərişıq” ASC vətəndaşlara müraciət ünvanlayıb.

Qurumun Mətbuat xidmətindən Open.az-a daxil olan məlumatda bildirilir ki, ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Sosial şəbəkələrdə feysbuk və instaqram vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

Eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya info@azerishiq.az elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk.