Enerji içkilərinin tərkibində olan kofeinin miqdarı bir fincan qəhvənin tərkibindəki kofeinin miqdarı ilə eynidir.

Open.az xəbər verir ki, bu sözləri Avropa enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadi çıxışı zamanı deyib.

Onun sözlərinə görə, enerji içkilərindən itirilən mayeni bərpa etmək üçün istifadə edilməməlidir: ''Energetik içkilər qeyri-alkoqolludur. Son 16 ildə Arvopanın qida üzrə təhlükəsizlik komissiyaları tərəfindən qiymətləndirmələr aparılıb. Energetik içkilər yeniyetmə və uşaqlar üçün təhlükə yaratmır. Uşaqlar belə istehlak etsələr, heç bir problem yaratmaz. Həmin içkilərin tərkibində olan komponentlərin miqdarı insan orqanizmimə ziyan vurmayacaq qədər azdır''.

''Azərbaycanda daha çox çay içilir. Gündəlik 400 Mq içilsə heç təhlükəsi yoxdur. Bunu çox üstələsələr də heç bir ziyanı yoxdur. Hamilə və südverən qadınlar üçün 200 mq energetik içki (2-3 stəkan qəhvə) həddir. 40 kiloqramlıq uşaq 120 mq kofein qəbul edə bilər. 200 Mq-a kimi heç bir təhlükəsi yoxdur. Enerji içkilərinə qoyulan məhdudiyyətlər kofein istehlakının azalmasın önəmli təsir göstərmir. Yeniyetmələrə enerji içkilərinin istifadəsinə qadağa qoysaq, onlar gedib daha çox miqdarda qəhvə içəcək. Bu da daha çox kofein qəbulu deməkdir'', deyə - Andreas Kadi bildirib.

O qeyd edib ki, sənaye kofein tərkibini və miqdarını məhsulun üzərində yerləşdirməlidir: "İnsanlar kofein norması barədə maarifləndirilməlidir. Biz könüllü olaraq məhsulları üzərində hamilə və süd verən qadınların istifadə edilməməsini qeyd edirik. İnsanlar idman və enerji içkilərini bir-birindən ayırmalıdır. Hamilə qadın 250 mq kofein istehlak edirsə, yaxşı olar ki bu miqdar azalsın. Eyni zamanda qeyd etməliyik ki, kofeinin qəbuluna qoyulan tələblər eyni ilə çaya qəhvəyə qəbul edilməlidir''.

AQTA-nin sədr müşaviri Elxan Mikayılov isə bildirib ki, 60 gün sonra ölkədə tərkibində alkoqol olan enerji içkilər dövriyyədən çıxarılacaq. Onun sözlərinə görə, enerji içkiləriniz tərkibində olan maddələrin qarışığı insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırır və bu sağlamlıq üçün təhlükəlidir.

Tərkibində bu maddələrdən ən az ikisi olan məhsul enerji içkisi hesab olunmur və insan sağlamlığı üçün risk təşkil edir: “Kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, quarana, B qrup vitaminlər, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstratları varsa, bunlar enerji içkiləri hesab olunmur. Avropa ölkələrindəki normalar əsasında tərkibində kofein və şəkərin miqdarı (150ml aşağı olmamaq şərtilə) enerji içkisi hesab edilə bilər. Enerji içkilərinin tərkibinə alkoqol qatıla bilməz. Bu yol verilməzdir. Ümumiyyətlə enerji içkiləri 18 yaşdan aşağı şəxslərə, hamilə və süd verən qadınlara, diabetdən əziyət çəkən şəxslərə, ürək fəaliyyətinin pozulduğu, böyrək çatışmazlığı, müxtəlif hipertonik xəstəliklərdən əziyyət çəkənlərə, yuxusuzluq və metobolizm problemi olan şəxslərə qətiyyən tövsiyə edilmir”.

AQTA rəsmisi onu da əlavə edib ki, təhlükəsizlik normalara görə, 100ml enerji içkisinin tərkibində olan komponentlərin maksimum miqdarı aşağıdakından artıq olmamalıdır: “Kofein-32, Taurin 200 İnozitol 20 Kreatin 1 qlükoronolakton 200 Vitamin B2 - 0,34 Vitamin B3 - 1,4 Vitamin B5 - 1 Vitamin B6 -0,04 Vitamin B12 - 0,0004”.

Qeyd edək ki, sadalanan normalara riayət etməyən enerji istehsalçılarının məhsulları ölkə ərazisində dövriyyədən çıxarılacaq.

Şəfiqə Nazimqızı