Astara rayonu Ərçivan qəsəbəsi ərazisində qazıntı işləri aparan şirkət “Ərçivan” qaz paylayıcı stansiyasından (QPS) qidalanan orta təzyiqli qaz xəttini zədələyib.

“Azəriqaz”dan Open.az-a daxil olan məlumata görə, bu, bir qəsəbə və 8 kəndin qaz təchizatının dayandırılmasına səbəb olub.