"Son vaxtlar uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Bu zaman valideynlər ard-arda dərmandan istifadə etməyə tələsməsin”.

Open.az xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, valideynlər həkimə qədər yalnız qızdırmasalıcının ilkin dozasını verə bilər: “Bundan sonra qızdırmanın müalicəsini həkim izah edəcək. Amma əksər valideynlər istəyir ki, qızdırma bir gün ərzində normaya düşsün. Bu olmayacaq! Normaya salmağa tələsməyin.Virus bir gün ərzində məhv ola bilməz! 5-10 dəqiqə ərzində ard-arda iki dərman və əlavə bir şamdan istifadə etməyin. Yoxsa nəticədə qızdırma normadan aşağı düşəcək! Bu da əlavə problem yaradacaq”.

Şəfiqə