Bu il də ənənəyə sadiq olaraq, Yeni il qabağı şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil edilib.

Open.az yarmarkalarıdakı vəziyyəti öyrənmək üçün "28 May" metrosunun qarşısında təşkil edilmiş bayram çadırlarına baş çəkib.

Çadırlarda balaca yolka oyuncağından tutmuş, suvenirlərə kimi demək olar hər şey vardı.

Satıcılar da müştəri bolluğundan məmnun görünürdülər. Çadırdakı hədiyyələr, oyuncaqlar ən çox uşaqların diqqətində idi.

Satıcı bildirir ki, qiymətlər ötənilki ilə eynidir: "Bu il çeşid daha boldur, amma qiymətlər köhnə ilin qiymətləri kimidir. Şarlar dənəsi 20-30 qəpiyə, zərlər 1 manata, yolkalar 15 manatdan başlayaraq satılır. Suvenirlər var ki, 15-20-35 manata satırıq. Hələ ki bir narazılıq yoxdur. İşıqlarla maraqlananlar çoxdur. Onların da qiyməti 3 manatdan başlayır, 25-35 manata qədər. Qiymətin dəyişməsinə əsas işıqların uzunluğu təsir edir. Baha işıqların uzunluğu daha böyükdür. Yolka oyuncaqları isə 2 manatdan başlayır. Onların da qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir".

Digər satıcı bildirir ki, məhsullar Çin respublikasından gətirilir: "Bizimkilər belə şeylər hazırlaya bilir ki, ancaq çinlilərdən çıxar bu cür oyuncaq, suvenirlər. Çox adam bir az baha suvenirlərin gözəlliyinə baxır, amma almır. Yəqin bayrama kimi alıcılıq qabiliyyəti daha da artar. İndi ən çox zər, şar, yolka alırlar".


Şəfiqə Nazimqızı

Video, Sultana Əhmədbəyli