COVID-19-un nə cür yayıldığı barədə məlumat çox azdır. Xəstəliyin insandan insana ötürülməsi, xəstəliyə yoluxmuş şəxsin tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü zaman baş verir. Eynilə qrip və digər tənəffüs patogenlərinin yayıldığı kimi.

Open.az xəbər verir ki, COVID-19 və başqa koronavirus infeksiyası, Ağır Kəskin Respirator Sindromu (Severe acute respiratory syndrome SARS-CoV) diaqnozu qoyulan qadınlar üzərində aparılan məhdud tədqiqatlar zamanı virusun ana südündə aşkarlanması hallarına rast gəlinməyib.

Ancaq COVID-19 diaqnozlu anaların, virusu ana südü ilə ötürə biləcəyi bilinmir. Ana südü bir çox xəstəliklərdən qoruyur. Ana südü və ya sağılmış ana südü ilə qidalanmanın tövsiyə edilmədiyi nadir istisnalar var.

Doğuşdan dərhal sonra qripi olan anaya virusu körpəsinə ötürməmək üçün müvafiq tədbirlər görməklə yanaşı, körpəsini ana südü və ya sağılmış ana südü ilə qidalandırması tövsiyə edilir. Ana südü ilə qidalandırmağa başlamaq və ya davam etdirmək tibb işçiləri ilə məsləhətləşmədən sonra olmalıdır. COVID-19 aşkarlanan və ya xəstəlik simptomları olan bir ana, körpəsinə virusun ötürülməməsi üçün mümkün olan bütün tədbirləri görməlidir.

Körpəyə toxunmadan əvvəl əllərini yumalı və əmizdirərkən qoruyucu maska geyməlidir. Südün əllə və ya elektrik vasitə ilə sağılması zamanı ana öncədən əllərini yumalı və hər istifadədən sonra elektrik nasosun düzgün təmizlənməsi qaydalarına əməl etməlidir. Mümkünsə körpəyə sağılmış ana südü verə biləcək birini yardıma çağırın.