Bu gün günorta saatlarında Ağsu şəhəri H. Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.

Nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.