“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb.

Open.az xəbər verir ki, 5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə Ağdam rayonunun əhalisi 26 265 nəfər olan 20 yaşayış məntəqəsində 1 050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin təmsilçisi Dilqəm Şərifov bildirib ki, dövlət başçısının Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.