“ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.

Open.az xəbər verir ki, memorandum “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru Yusif Şükürlü arasında imzalanıb.

Memoranduma əsasən, ŞREM Şəki “ABAD” Regional Mərkəzə müraciət edənlər üçün aşağıda qeyd olunan sahələr üzrə təlimçiləri cəlb edəcək:

İpəkçilik;
Tütünçülük;
Bağçılıq;
Logistika və texnologiya.