Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün hansı sənədlər lazımdır?

Open.az Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) istinadən xəbər verir ki, bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:

Yaşayış yerindən ailə tərkibi barədə arayış:
Uşağın doğumu haqqında arayış:
Doğum haqqında şəhadətnamə:
Valideynlərin və uşağın şəxsiyyət vəsiqələri:
Nikah haqqında şəhadətnamə:

Xatırladaq ki, fevral ayından uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub.

200 manat almaq üçün hansı sənədlər lazımdır?