Hindistan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə yaxın günlərdə sanksiyanı görəcək.

Open.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp Hindistanın düşündüyündən də tez sanksiyaları görəcəyini deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya lideri Vladimir Putin Hindistana səfər edib. Bu ölkə ilə S-400-lərlə bağlı 5 milyard dollarlıq saziş imzalayıb.