Bu gün Türkiyədə həbsdə olan ABŞ-lı keşiş Brunsonun 4-cü məhkəmə iclası keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, prokuror Brunson üçün 10 ilə qədər həbs tələb edib.

Qeyd edək ki, amerikalı keşiş terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və casusluq iddiaları ilə ittiham olunub. O, İzmirdə ev dustaqlığına buraxılıb.

***

Məhkəmə heyəti amerikalı keşiş Brunsonun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, amma onun həbsdə olduğu müddət nəzərə alınıb və keşiş məhkəmə zalından azadlığa buraxıb.

Brunsonun xaricə çıxmaq qadağası da aradan götürülüb.

Qeyd edək ki, günahı tam sübuta yetiriləcəyi təqdirdə Brunsonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Xatırladaq ki, amerikalı keşiş 2016-cı ildən həbsdədir.

Gülnar Qafarlı