Məşhur türkiyəli müğənni Yıldız Tilbenin TV8 kanalında yayımlanan populyar yarışma proqramı "O Ses Türkiye"dən ayrıldığı iddia edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi sözügedən iddiaları yalanlayaraq, dedi-qodu olduğunu bildirib.

Y.Tilbez bu barədə "Twitter" hesabında açıqlama verib: "Yarışmadan getməmişəm. Sadəcə dedi-qodudur".

Qeyd edək ki, ötən günlərdə "O Ses Türkiye"yə məşhur şoumen Beyazıt Öztürk və müğənni Ebru Gündeşin qatılacağı deyilmişdi.

Yıldız Tilbe O Ses Türkiye

Yıldız Tilbe O Ses Türkiye