İstanbul Böyükşəhər Bələdiyyəsi TEM yolu üzərində yenidən təmir edilərək istifadəyə verilən yerüstü keçidə məşhur müğənni İbrahim Tatlısesin adını verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, qərar İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisində səs çoxluğuyla qəbul edilib.

İBB rəsmiləri, yerüstü keçidin 1999-cu ildə İbrahim Tatlıses tərəfindən bölgədə tez-tez meydana gələn yol qəzaları səbəbiylə tikildiyini, köhnələn körpünün bələdiyyə tərəfindən dağıdılaraq yeniləndiyini söyləyib.