Məşhur müğənni Murat Boz və aktrisa Aslı Enver ayrılıb.

Open.az xəbər verir ki, 2 il yarım sevgili olan cütlüyün ayrılıq səbəbi hələ ki, bilinmir. Aslı Enver isə Muratla birlikdə yaşadığı evdən öz evinə köçüb.

Onlar ayrılsa da, sosial şəbəkələrdən birlikdə olduqları fotoları silməyiblər.