Dünya şöhrətli kolumbiyalı müğənni Şakira ötən gün İstanbulda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə 11 il aradan sonra gələn Şakiranı izləmək istəyən pərəstişkarları konsert zalına axın edib.

Şakiranı izləyənlər arasında Türkiyənin məşhur simaları da olub. 41 yaşlı dünya ulduzu gecə boyu minlərlə insanı ifası və rəqsləri ilə coşdurub.

Konsertdən olan görüntüləri təqdim edirik: