"İnstagram"da 44 min izləyicisi olan universitet tələbəsi Katarina Zarutskie bir ay öncə sevgilisi və ailəsi ilə tətilə yollanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan gənc model Exuma adasında "Staniel Cay" kimi tanınan ərazidə köpəkbalıqları ilə şəkil çəkdirmək istəyib.

Tətildə dəhşətli anlar - Köpəkbalığı gənc modelə hücum etdi - FOTO

Tətildə dəhşətli anlar - Köpəkbalığı gənc modelə hücum etdi - FOTO

Sevgilisinin narahatlığına baxmayaraq, suya girən Zarutskie arxası üstə uzanıb və poza verib. O, bu zaman köpəkbalığının hücumuna məruz qalıb. Köpəkbalığı modeli qolundan dişləyib.

Böyük qorxu yaşayan model ətrafdakıların köməkliyi ilə sudan çıxarılıb: "Çox qorxdum və sudan çıxmayacağam düşündüm. Amma onları günahlandırmıram. Onlar vəhşi heyvanlardır və bu nəzarət edilməyəcək bir vəziyyətdir".

Tətildə dəhşətli anlar - Köpəkbalığı gənc modelə hücum etdi - FOTO

Tətildə dəhşətli anlar - Köpəkbalığı gənc modelə hücum etdi - FOTO