Türkiyənin meqastarı Tarkan sosial şəbəkədə tənqid edilən mərhum aktyor Kemal Sunala dəstək olub.

Open.az xəbər verir ki, müğənni aktyorun xatirəsini qoruduğunu bildirərək, onu tənqid edənləri qınayıb.

Onun Kemal Sunalla bağlı paylaşımı hər kəsi kövrəldib: “Dəyərli Kemal Sunal sən narahat olma. Bizə söykədiyin kürəyin heç vaxt yerə dəyməyəcək. Arxanda səni çox sevən bir millət var. Adına və sənə olan sevgimizə toz qondurmarıq. Çünki qəlblərimizdə buraxdığınız sevgi dolu izləri unutmayacağıq. Sənə edilən hər pis söz, könlümüzdə Kemal Sunalı daha da ucaldır, dəyərinə dəyər qatır. Sən üzülmə, canımız Kemal Sunal!”.