Dünyaca tanınmış reper Kardi B və müğənni həyat yoldaşı Offsetin övladları dünyaya gəlib.

Open.az xəbər verir ki, 26 yaşında ana olan repçinin qız övladı doğulub.

Cütlük yeni doğulan körpəyə atasının bir zamanlar çıxartdığı “Kultur” albomu ilə eyni adı verib.

Xatırladaq ki, Kardi ötən həftə "Billboard Hot 100" saytında liderliyə yüksələn yeganə qadın repçi olub.