Dünyaca məşhur kolumbiyalı müğənni Şakira dünya turnesi çərçivəsində Türkiyəyə yollanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, jurnalistlər məşhur müğənnini görüntüləmək üçün hava limanına üz tutub.

Ailəsiylə birlikdə İstanbula gələn Şakiraya türk paxlavası hədiyyə edilib.

O, jurnalistlərin jestinə türkcə "Təşəkkür edirəm, danışarıq" şəklində cavab verib.


Şakira Türkiyədə - FOTO