“Oceans 8” kinosunun Londondakı premyerasına qatılan dünyaca məşhur müğənni Rihannanın geyimi hər kəsin diqqətini cəlb edib.

Open.az xəbər verir ki, 30 yaşlı ifaçı son zamanlar kökəldiyinə görə tənqid hədəfi olub. Müğənni ötən gün köklüyünü gizlətmək üçün geyindiyi libasını idarə etməkdə çətinlik çəkib.

Hər an çiynindən düşməsindən qorxan müğənni libasını əliylə düzəltməyə çalışıb.

Onun qala gecəsindən görüntülərini təqdim edirik: