Türkiyənin məşhur teleaparıcısı Seda Akgül, 3 qabırğasının sınması nəticəsində xəstəxanalıq olub. Özəl xəstəxanaya təcili yardım bölməsindən girən və 2,500 TL ödəniş çıxarılan aparıcı, sosial media vasitəsiylə giley edib.

Open.az xəbər verir ki, tanınmış teleaparıcı Seda Akgül Seda Akgülün 3 qabırğası sınıb. Xəstəxanaya təcili giriş edərək müalicə olmaq istəyən aparıcı, 2,500 TL ödəniş çıxarıldığını öyrənəndə əsəblərinə hakim ola bilməyib.

Getdiyi özəl xəstəxananın illərlə aparıcılığını etdiyini deyən Seda Akgül, Instagram hesabının hekayə hissəsindən bu sözlərlə giley edib: "Yəqin ki, qabırğam sınıb, təcili yardıma giriş üçün verəcəyəm pul 2,500 TL. İllərdir buranın aparıcılığını etdim, ayıbdır. Bəs təcili yardım qapısından daxil olmaq pulsuz idi".