Bir neçə dəfə Türkiyədə səfərdə olan dünya şöhrətli Holloivud ulduzu Peris Hilton bu dəfə Antalyada keçirilən "Dosso Dossi Fashion Show"da podiuma çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, dəfilədən öncə "The Land of Legends" otelində jurnalistlərlə görüşən məşhur model və aktrisa maraqlı açıqlamalar verib.

O, ilk hədəfinin ailə qurmaq və uşaq sahibi olmaq istədiyini söyləyib: "Artıq evlənmək və ana olmaq üçün gün sayıram. Uşaqlarımı böyütmək istəyirəm".

Fransanın paytaxtı Parisin adını daşıyan Hilton, gələcəkdə dünyaya gələcək uşaqlarından birinin adını çox sevdiyi şəhərlər İstanbul və ya London qoyacağını bildirib.

Peris Hiltondan maraqlı addım - Övladının adını İstanbul qoyacaq

Peris Hiltondan maraqlı addım - Övladının adını İstanbul qoyacaq