Meghan Marklenin pərəstişkarının ona bənzəmək üçün atdığı addım sosial mediada səs-küyə səbəb olub.

Open.az xəbər verir ki, kraliyyət gəlinini təqlid edən və nəticənin mükəmməl olduğunu açıqlayan Kanadanın Saskatçevan zonasından olan pərəstişkar Cass Montgomery indiki halından olduqca məmnun olduğunu bildirib.

Gənc qadın keçmişdə də Kral ailəsinin üzvlərinə bənzəmək üçün bədənində müxtəlif dəyişikliklər etdiyini söyləyib. Ancak onun bu dəfəki dəyişiklikliyi hamını təəccübləndirib. Beləki gənc qadın, kraliyyət gəlininə bənzəmək üçün üzünə çil döydürüb.

Cass, prosedurun nəticələrindən məmnun olduğunu bildirərək bunları deyib: "Əvvəl qabarıq olurlar, ancaq bir neçə həftə sonra ideal görüntüdə olurlar". Tatuaj sənətçisii Jaclyn Şults, oxşar prosesi etdirmək istəyən müştərilərin sayında artım olduğunu deyib.