Bir neçə gün öncə 8 aydır sevgili olduğu Berk Suyabatmazla nişananlanan aparıcı Burcu Esmersoy maraqlı etiraf edib.

Open.az xəbər verir ki, aparıcı 12 il ərzində öz anasına xala deməyə məcbur olduğunu dilə gətirib:

"Atamın bilinməyən bir ailəsi var və o öz həyatını seçib. Anam isə başqasıyla evlənib. Lakin ərinin qorxusundan boşandığını dilə gətirə bilməyib. Düz 12 il ərzində biz də məcburən anamıza xala deyərək böyümüşük. Anamı və atamı buna görə heç vaxt əfv etməyəcəm".