Məşhur türkiyəli müğənni Bengü nişanlısı ilə ayrıldığı iddialarına toy tarixini açıqlayaraq cavab verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, ifaçı nişanlısı ilə fotosunu paylaşıb və 29 avqustda evlənəcəklərini bildirib.

O, ayrılıq iddialarına belə cavab verib: "Əzizlərim, bu gün bir neçə saytda çıxan ayrılıq xəbəri məni çox sarsıtrdı. Allah qorusun. Hətta sizə müjdə verim, biz 29 avqustda evlənirik. Nə olar, belə pis zarafatlar etməyin. Boş yerə bizim və sevdiklərimizin ürəyini oynatmayın".

Qeyd edək ki, Bengü bir ildir birlikdə olduğu niSelim Selimoğlu ilə mayda nişanlanıb.

Nişanlısı ilə ayrıldığı iddia edilən müğənni toy tarixini açıqladı