Dünyaca məşhur Hollivud ulduzu Corc Kluni istirahət üçün getdiyi İtaliyada qəza keçirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor motosiklet sürərkən avtomobilə dəyib.

O, "John Paul" xəstəxanasına yerləşdirilib. Kluninin dizində və qolunda sınıqlar olduğu, lakin vəziyyətinin pis olmadığı bildirilib.

Həyat yoldaşı Amal Kluni xəstəxanaya gəldikdən sonra aktyor təcili tibbi yardım maşınıyla evə aparılıb.

Məşhur Hollivud ulduzu qəzaya düşdü - FOTO