Hollivud ulduzu Tab Hunter, 86 yaşında həyata vida edib.

Open.az xarici məbuata istinadən xəbər verir ki, 1950-1960- cı illərdə Hollivudda fırtına kimi əsən Tab Hunter, 86 yaşında həyata gözlərini yumub.

1952-ci ildə oynadığı "Island of Desire" filmi ilə ekranlarda görünən Hunter, "The Burning Hils" və "Damn Yankees" filmləri ilə dünyaya səs salıb.

Karyerası boyunca təxminən 50 filmdə rol alan aktyor, dövrün mürtəce qanunlarına görə homoseksual olduğunu gizlətmək məcburiyyətində qalmışdı. Hunter, məşhur Hollivud ulduzu Entoni Perkinsil ilə münasibət yaşayırdı.

Qeyd edək ki, bu günlərdə Hunterin həyat hekayəsi J.J. Abrams tərəfindən ekranlaşdırılıb.