Türkiyənin məşhur cütlüyü Burak Özçivit və Fahriye Evcen ötən gün Bebekdə görüntülənib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, avtomobillərinin nömrəsinin seriyasının "FBA" olmasını görən jurnalistlər cütlükdən bunun mənasını soruşub.

Aktrisa F.Evcen övlad istədiklərinin müjdəsini verib: "Hər şeyə də fikir verirsiniz. Tamamilə təsadüfdür. Amma tezliklə övlad sahibi olmaq istəyirik".

Evcen həyat yoldaşı B.Özviçitlə bağlı yayılan tükənmişlik sindromu xəbərlərinin yalan olduğunu və bunun onlara təsir etmədiyini dilə gətirib.

Məşhur cütlükdən övlad müjdəsi