Dünya şöhrətli amerikalı teleparıcı, aktrisa və milyarder Opra Uinfri Azərbaycanın milli rəqsi olan "Köçəri"ni oynayıb.

Open.az xəbər verir ki, şou-biznesin ən varlı qadının görüntüləri "İnstagram" sosial şəbəkəsində yayılıb.

Video izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, qadın haqlarından danışmağı çox sevən və bu istiqamətdə fəal bir xadim olan Opra Amerika Televiziya Akademiyası tərəfindən elan edilən “Emmi” mükafatına layiq görülən ilk şəxs olub.

2007-ci ildə isə o, son 25 ildə dünyanın 25 nüfuzlu şəxsi siyahısına düşüb.