ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Uordsmis ilk dəfə Azərbaycanda səfərdə olacaq.

Open.az xəbər verir ki, Səfirlikdən verilən məlumata görə, Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Unikal repçi, qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Bu proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfər təşkil edir.

Uorldsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir.

Uorldsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli musiqi ilə təmin edərək, məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.