Amerikalı aktrisa Xizer Loklir xəstəxanaya yerləşdirilib.

Open.az xarici mediaya istinadla xəbər verir ki, ''Dinastiya'' və ''Melrouz Pleys'' serialları ilə məşhurlaşan aktrisanın xəstəxanaya yerləşdirilməsinə səbəb özünə xəsarət yetirmək istəməsi və anasını boğmağa çalışması olub. Bununla bağlı polisə aktrisanın yaxını məlumat verib. Onun psixoloji vəziyyətinin sağlam olmadığı bildirilib və psixiotrik xəstəxanaya yerləşdirilib. Bu ilin fevralında aktrisa sevgilisini və on köməyə gələn 3 polisi döydüyünə görə həbs edilmişdi. O, 20 min dollar qarşılığında azadlığa buraxılmışdı.