Türkiyənin məşhur aktrisası Nurseli İdiz yaşadığı evin kirayə haqqını ödəyə bilmir.

Open.az türk mətbutına istinadən xəbər verir ki, aktrisa buna görə depressiyadadır.

Sonuncu dəfə Kanal D-də yayımlanan “Hıçkırık” serialında iştirak edən İdiz qonorarını ala bilməyib.

Buna səbəb serialın reytinq qurbanı olması və vaxtından əvvəl bitməsi olub.

5 aydır kirayə pulunu ödəməkdə çətinlik çəkən aktrisanın evdən çıxması tələb olunub.