Tanınmış müğənni Meray Keri uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir.

Open.az xəbər verir ki, o, 17 ildir bipolyar pozuntusundan müalicə olunur. Müğənni bu haqda danışıb:

"Uzun illər bu xəstəliyi inkar etdim. Hətta bunun real olmadığına özümü inandırmağa çalışdım. Həmişə qorxurdum ki, biri bunu biləcək və sirrim aşkara çıxacaq. Nəhayət cəsarətimi toplayıb bunu bütün dünyayla paylaşmaq qərarına gəldim".

Qeyd edək ki, bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə biruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır.