Avstriyaya 2014-cü ildə "Euroivision" mahnı müsabiqəsində qaliblik gətirən Konçita Vurst ağır xəstəliyə yoluxub.

Open.az xəbər verir ki, o bu haqda sosial şəbəkədəki hesabında məlumat verib. 29 yaşlı müğənni buna görə illərdir oğlan sevgilisi tərəfindən şantaj olunduğunu açıqlayıb:

"Uzun illərdir HİV pozitiv virusunun daşıyıcısıyam. Eks sevgilim bunu mətbuatla paylaşmağa görə məni şantaj edirdi. Nəhayət bunlara dözmədim və özüm bu xəstəliyə yoluxduğumu etiraf etməli oldum. İcazə vermərəm ki, kimsə mənim qərarlarıma şiddətlə təsir göstərsin".

Qeyd edək ki, "HİV pozitiv" virusu ölümcül deyil və vaxtında müdaxilə edildiyi zaman yox edilmə ehtimalı böyükdür.