Kolumbiyalı müğənni Moskvada qarət olunub.

Open.az xarici mediaya istinadla xəbər verir ki, futbol üzrə dünya çempionatının himnini oxumağa namizəd olan Xuan Luis Londononun qaldığı otel otağından naməlum şəxslər 50 milyon rubl oğurlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb. Oğruların kimliyi məlum deyil. Ilkin ehtimallara görə, oğurluğu ifaçının yaxın ətrafındakı şəxslərdən biri törədib.