Türkiyənin məşhur müğənnisi Kibariye ötən gün obyektivlərə tuş gəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, marketdə alış-veriş edən sənətçi jurnalistlərlə ayaqüstü söhbət edib.

Həyat yoldaşı Ali Küçükbalçık və qızının evdə olduğunu deyən Kibariye ailəsində hər şeyin yolunda getdiyini və xəyanətə görə yuvasını dağıtmayacağını söyləyib.

O, ərinin borclarına görə evin kreditini ödəyə bilmədiyi şayiələrinə də aydınlıq gətirib: "Şükür ki, çalışıram və çatışmayan hər şeyi alıram. Bəzi çətinliklər oldu, amma hamısı ötüb, keçdi. Mən və uşağım xoşbəxtik. Atası ərə gedərkən qızımın qırmızı lentini bağlayacaq. Heç vaxt bilmədiyim şeylərə görə yuvamı dağıtmaram. Xəyanəti gözümlə görməmişəm. Əhəmiyyətli olan səhvləri təkrar etməməkdir. Ailəmə sahib çıxdım. Yuvanı dişi quş tikər".

Kibariye xəyanəti bağışladı: Bilmədiyim şey üçün ailəmi dağıtmaram

Kibariye xəyanəti bağışladı: Bilmədiyim şey üçün ailəmi dağıtmaram

Kibariye xəyanəti bağışladı: Bilmədiyim şey üçün ailəmi dağıtmaram