İbrahim Tatlısesin kiçik qızı Elif Ada avtomobildə eşitdiyi mahnıdan elə təsirlənərək, göz yaşlarını saxlaya bilməyib.

Open.az Posta.com-a istinadən xəbər verir ki, İbrahim Tatlısesin kiçik qızı Elif Ada, avtomobildə eşitdiyi mahnıdan təsirlənib göz yaşlarını saxlaya bilməyib. Elif Adanın videosunu sosial şəbəkədə paylaşan Tatlıses videonun altından bu şərhi yazıb.

"Mənim qızıl balam, şahzadə qızım nə qədər məsumsan. Sadəcə gözəl bir mahnıdan belə təsirlənib ağlayırsan. Sənin hissinə qurban olaram mən. Allah hamımızın övladlarını qorusun, gözlərində heç zaman yaş olmasın inşallah"