Məşhur türk müğənni Halil Sezai üçüncü dəfə Azərbaycana gəlib.

Open.az xəbər verir ki, bu axşam paytaxtın tanınmış məkanlarının birində konsertə hazırlaşan Halil öncə mətbuat nümayəndələri ilə görüşüb.

Jurnalistlərin suallarını cavablayan müğənni konsertdə Azərbaycan dilində mahnı oxuyacağını da qeyd edib. İfaçı Azərbaycan dilinin əsl türk dili olduğunu vurğulayıb:

“Sizin diliniz daha orijinaldır. Biz dilimizə sahib çıxa bilmirik. Hətta Azərbaycan dili bizim dilimizdən belə daha təmiz və anlaşılandır. Hər dəfə Bakıya gələndə burdakı insanların məni belə təmtəraqla qarşılamaqlarından çox utanıram. Ümumiyyətlə şəhərinizin enerjisi çox yüksəkdir. Lakin burda heç çəkinmirəm. Elə zənn edirəm ki, öz ölkəmdəyəm. Bu gün konsertimizə hər kəsi gözləyirəm. Şübhəsiz ki, konsertdə Azərbaycan dilində "Ayrılıq" mahnısını da ifa edəcəm”.

İfaçı konsertdən sonra Qəbələ şəhərinə gedəcəyini söyləyib. Müğənni Qəbələdə "Qış nağılı" kinosunda çəkiləcək.

Halil həmçinin “İncir Reçeli 3” filminin də yaxın zamanlarda çəkiləcəyini vurğulayıb.

Rəvan Rəd

Fotolar: Ehtiram Jabi