Müğənni Hakan Altun, dünən gecə Bodrumda konsert verib. Sənətçinin konsert zamanı söylədiyi sözlər tamaşçıların təbəssümünə səbəb olub.

Open.az xəbər verir ki,konsertə məşhur mahnıları ilə başlayan Hakan Altun musiqiçi dostlarına və vokalçılara, "Allah sizə alqış başına 450 min avro verər inşallah" sözləri ilə alqış istəyib.

"Telefonun Başında" mahnısı ilə başladığı konsertində tamaşçılarına maraqlı və romantik dəqiqələr yaşadan sənətçi, "Alqışlamayan bütün subaylar evdə qalsın inşallah. Evli olub da alqışlamayanın da qaynanası bundan sonra da 50 il yaşasın inşallah" deyərək, izləyicilərə gülüş bəxş edib.

Gecə boyu davam edən yumoristik duaları ilə alqış yağışına tutulan Hakan Altun, 1 saat yarım nəzərdə tutulan konsertini düz 3 saat davam etdirib.