Bir neçə ay öncə sevgilisi Erhan Çelikdən qalmaqallı şəkildə ayrılan Gülben Ergen yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, ifaçının prodüser Burak Törerlə eşq yaşadığı söz-söhbəti yayılıb. Şaiyələrə Gülbendən açıqlama gəlib.

Jurnalistlərin "Burak bəylə eşq yaşayırsınız. Bu haqda nə düşünürsünüz?" suallarına ifaçı belə cavab verib:

"Gözəl düşünürəm. Çox yaxşıyam, çox xoşbəxtəm, sevirəm".

Qeyd edək ki, Burak Gülbenden iki yaş böyükdür.