Məşhur müğənni Berkayın xanımına sataşdığı iddia edilən futbolçu Arda Turana reaksiyalar səngimək bilmir. Bu dəfə məşhur prodüser Erol Köse futbolçunu sərt şəkildə tənqid edib.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Arda Turanın uyğunsuz hərəkətinə fikir bildirən prodüser sosial media hesabından od püskürüb.

"Həyat yoldaşın hamilə və sən gedib başqa evli olan bir qadına sataşırsan. Hadisə həqiqətən də baş verib və Berkay saat 16:00-da əməliyyat olunur. Həyat yoldaşı namusdur, namusa göz dikənə heç kim xoş münasibət bəsləməz. Həm təqsirlidir, həm də güclü. Bu neçənci hadisədir. Arda bu əxlaqsızlıqlarına görə dünyanın ən yaxşı komandasından qovulub. Sonradan görüb, daşıya bilməyən bir görməmiş profili var. Və sonuncu məlumat. Həbs olunacağını anlayanda, silahını götürüb xəstəxanaya gedib Berkaya, "Sənin həyat yoldaşın olduğunu bilmirdim. Bağışla məni" deyib. Adamdan soruşarlar niyə Berkayın burnunu qırdın? "