Müğənni Sərdar Ortacın həyat yoldaşı Kloe Loughanın onu aldatması xəbərləri yalan çıxıb.

Open.az xəbər verir ki, müğənni Kloenin Dubayda ərəb şeyxiylə eşq yaşadığı iddialarını yalanlayıb:

"Amerikada bir çox dostumuz var. Kloe o dostlardan bəziləri ilə yemək yeməyə gedib. Yemək yeməyi də qadağan edim? Dubaydakı türklərimiz qeybəti sevdiyi üçün belə şaiyələr yayıb".