Türkiyənin tanınmış müğənnisi Zuhal Olcay həbs olunub.

Open.az xəbər verir ki, buna səbəb onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi olub. İfaçı "Boş vermişim dünyayı" adlı mahnını prezidentə müraciət olaraq oxuyub və əl hərəkəti göstərib.

Müğənni mahnının sözlərini belə dəyişib: “Rəcəb Tayyib Ərdoğan hamısı boş, hamısı yalan, bir gün həyat bitəcək deyəcəksən yuxu görmüşəm”.

Məhz buna görə müğənni 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.