Dünyaca məşhur ingilis müğənni Dua Lipa Türkiyənin Antalya şəhərinin Serik bölgəsində konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Dua Lipa və heyətinin kulis üçün istəkləri hər kəsi şok edib.

Dünya ulduzunun kulis istəkləri şok etdi:

Gigiyenaya çox önəm verən dünya ulduzu 50 əl ilə 50 hamam dəsmalı, həmçinin otağın hər yerinə ayna qoyulmasını tələb edib.

Dua Lipa komandası ilə birlikdə qalacağı və gecəliyi 15 min dollar olan "Crown Villa"da ət dönəri, ayran, təzə kökə və acı şokolad istəyib.

Dünya ulduzunun kulis istəkləri şok etdi:

Kulisin işıqlandırmasında qətiyyən ağ işıq istəmədiyini bildirən müğənni, bundan başqa məkanda təzə çiçəklər olmasını da şərt qoyub. O, gün ərzində tez-tez içdiyi kokos şirəsindən də bol-bol tələb edib.

Dünya ulduzunun kulis istəkləri şok etdi: